"Zirə" legioneri ilə müqaviləni yenilədi
“Zirə” Ruan Renatoyla yeni müqavilə bağlayıb.
Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi daha iki il paytaxt təmsilçisində çıxış edəcək.
Yeni müqaviləyə əsasən, futbolçu 2027-ci ilin yayına qədər “qartallar”ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Ruan Renato 2023-cü ildən “Zirə”nin formasını geyinir.