“Zirə”nin futbolçusu: “Burada çox xoşbəxtəm”
“Zirə”nin futbolçusu Stefan Aka xarici mətbuata açıqlama verib.
Msport.az xəbər verir ki, Kot-d’İvuardan olan müdafiəçi Bakının gözəl şəhər olduğunu söyləyib.
Afrikalı oyunçu paytaxtımızda ucuzluq olduğunu bildirib.
O, Azərbaycanda işlərinin yolunda getdiyini bildirib: “Burada çox xoşbəxtəm, işlərim yaxşı gedir. “Zirə”nin əksər matçlarında meydana çıxıram. Hazırda da Premyer Liqada birinci yerdəyik”.