“Zirə”nin futbolçusu: “Yazılanlar doğru deyil”
“Zirə” ilə müqaviləmin müddəti 2023/2024 mövsümünün sonuna qədərdir. Hazırda bu klubda çıxış etdiyim üçün azad agent olduğum barədə məlumatın niyə dərc edildiyni bilmirəm”.
Msport.az xəbər verir ki, bu fikirləri “Zirə”nin futbolçusu Vladislav Kulaç “Sport.ua” nəşrinə açıqlamasında deyib.
30 yaşlı hücumçu yazılanların doğru olmadığını bildirib: “Mən hazırda məşqə gedirəm və ona görə sizinlə uzun müddət danışa bilmərəm”.
Qeyd edək ki, Vladislav Kulaç “Zirə”nin heyətində Azərbaycan Premyer Liqası və ölkə kubokunda 24 oyuna çıxıb. Təcrübəli forvard 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.