featured-image-41879

Ukraynanın “Dnepr-1” klubu “Zirə”nin futbolçusu Vladislav Kulaçla maraqlanır.

Msport.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 31 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

Amma 31 yaşlı forvard Dnepr klubunun transfer siyahısında olsa da, hələlik onunla bağlı bakılılara rəsmi təklif göndərilməyib.

“Dnepr-1” komandasının ukraynalı futbolçunu transfer etmək istəməsinin əsas səbəblərindən biri onun uzun illər ölkəsinin çempionatında çıxış etməsi və yerli futbola yaxşı bələd olmasıdır.

Qeyd edək ki, Vladislav Kulaç “Zirə”nin heyətində meydana çıxdığı 24 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər