featured-image-80016

“Çətin qarşılaşma olacaq. “Zirə” Konfrans Liqasındakı oyuna hazırdır”.

Msport.az xəbər verir ki, bunu “Zirə”nin kapitanı Qismət Alıyev UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstan “Torpedo”su ilə oyundan öncə mətbuat konfransında deyib.

Cinah müdafiəçisi Bakıda Gürcüstanın “Torpedo” klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

“Rəqibin heyətində hər an oyunu dəyişə biləcək futbolçular var. Sabah ilk dəqiqələrdən diqqətli olmalıyıq. Bizim də kifayət qədər təcrübəmiz var. Meydanda əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq. Rəqib yaxşı kollektivdir. Daha əvvəl də isti havada oyunlarımız olub. Problem olacağını düşünmürəm. Komanda olaraq sabahkı matça hazırıq”.

Qeyd edək ki, ki, “Zirə” – “Torpedo” oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Cavab qarşılaşması iyulun 16-da baş tutacaq.

Bənzər xəbərlər