"Zirə" Portuqaliya klubundan 100 min avroya futbolçu transfer edir
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Msport.az “O Jogo”ya istinadən xəbər verir ki, Rəşad Sadıqovun komandası Portuqaliyanın “Şaveş” klubunun mərkəz yarımmüdafiəçisi Ktataunu transfer edir.
“Qartallar” 25 yaşlı braziliyalı futbolçuya görə onun klubuna 100 min avro ödəyəcək.
Ktatau ilə 3 illik müqavilə imzalanacaq.
Yarımmüdafiəçi bu mövsüm “Şaveş”in heyətində Portuqaliya Liqa 2-də 4 oyunda meydana çıxıb 4 qol vurub.
O, karyerası ərzində “Şaveş”dən başqa, “Filqueyraş” (Portuqaliya) və “Quarani” (Braziliya) klublarında da çıxış edib.







