"Zirə" Rüfətin transferini açıqladı - RƏSMİ
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Rüfət Abdullazadə ilə müqavilə bağlayıb.
Vinger sonradan transfer edilmək hüququ ilə cari mövsümün sonunadək Xorvatiyanın “Varajdin” klubundan icarəyə götürülüb.
Xatırladaq ki, Rüdət “Varajdin”ə mövsümün əvvəlində “Səbail”dən keçmişdi.







