featured-image-42699

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Msport.az xəbər verir ki, günün ilk matçında “Səbail” “Zirə”ni qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə bitib – 2:1. 48-ci dəqiqədə meydan sahiblərinin heyətində Anas Najah avtoqol müəllifi olub. 59-cu dəqiqədə “qartallar”ın müdafiəçisi Ruan Renato fərqi iki topa çatdırıb.

70-ci dəqiqədə “dənizçilər”də Aleksandr Ramalinqom cirmə zərbəsindən fərqlənməklə baxımlı qola imza atıb.

Cavan qarşılaşması fevralın 8-də Zirədə olacaq.

Qeyd edək ki, günün digər görüşündə “Qarabağ” “Sabah”ın qonağı olacaq. 1/4 final mərhələsinin digər ilk oyunu yanvarın 31-də gerçəkləşəcək.

Bənzər xəbərlər