featured-image-79945

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Torpedo” (Gürcüstan) oyununun biletləri sabah saat 12:00-da satışa çıxarılacaq.

Msport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 10, 20, və 50 manat təşkil edir.

Azarkeşlər biletləri “Zirə İdman Kompleksi”ndə və “Azfar”ın “Baku Arena” filialında əldə edə bilərlər.

Qeyd edək ki, “Zirə” – “Torpedo” oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Bənzər xəbərlər