featured-image-68589

Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün ilk turuna yekun vurulub. 

Msport.az xəbər verir ki, “Zirə” öz meydanında “Araz-Naxçıvan”la qarşılaşıb.  Komandalar meydandan 1 xalla ayrılıblar – 1:1.  Meydan sahiblərinin heyətində İssa Cibrila ilk yarının sonlarında hesabı açsa da, Bəxtiyar Həsənalızadə komandasına 1 xal gətirən qolu vurub.

 

Azərbaycan Premyer Liqası

 1-ci tur

19 avqust (çərşənbə axşamı)

20:00. “Zirə” – “Araz-Naxçıvan” – 1:1 

Qollar: İssa Cibrila, 45+1 (1:0), Bəxtiyar Həsənalızadə, 65 (1:1)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Asiman Əzizli

Zirə İdman Kompleksinin stadionu

15 avqust (cümə)

“Karvan” – “Qəbələ” – 1:1

16 avqust (şənbə)

“Neftçi” – “Şamaxı” – 1:1

“İmişli” – “Turan Tovuz” – 0:1

17 avqust (bazar)

“Sumqayıt” – “Kəpəz” – 3:0

Qeyd edək ki, ilk turun “Sabah” – “Qarabağ” matçı təxirə salınıb

Bənzər xəbərlər