featured-image-43830

Abdullah Zubir “Qarabağ” klubundan ayrılmaq niyyətindədir.

Msport.az xəbər verir ki, bu barədə “The Sun” nəşri iddia irəli sürüb.

Bir neçə ölkədən təklifləri olan fransalı yarımmüdafiəçinin artıq daha böyük çempionatda iştirak etmək arzusunda olduğu bildirilib.

Fransalı oyunçunun indi daha yüksək səviyyədə çağırış axtardığı vurğulanıb.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinir. Hazırda o, “Seltik” və “Auqsburq”un maraq dairəsindədi.

Bənzər xəbərlər