1-ci liqa klubunun futbolçusu millidə
Azərbaycan 1-ci Liqa təmsilçisi “Zaqatala”nın futbolçusu Steyn Essono Qabon yığmasına dəvət alıb.
Msport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı hücumçu millinin Seneqala qarşı keçirəcəyi yoldaşlıq oyunu üçün yığmaya çağırılıb.
Qeyd edək ki, “Zaqatala” 1-ci Liqada 19 xalla 7-ci pillədə qərarlaşıb.