AFFA Yunis Hüseynovu cəzalandırdı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Msport.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının 13-cü turundakı qayda pozuntuları ilə bağlı məsələlər müzakirə olunub.
“Sumqayıt”– “Sabah” oyununun 33-cü dəqiqəsində “Sumqayıt”ın 55 nömrəli futbolçusu Lukas Blek ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyuna buraxılmayacaq. Kub isə 500 manat cərimə edilib.
“Şamaxı”– “Turan Tovuz” oyununun ilk hissəsi bitdikdən sonra “Şamaxı”nın məşqçisi Araz Bağırov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyuna buraxılmyacaq. “Şamaxı” isə 8000 manat cərimələnib
Həmin matçın ilk hissəsi bitdikdən sonra “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyuna buraxılmayacaq. “Turan Tovuz” isə 8000 manat cərimə edilib.
Həmin görüşün 75-ci dəqiqəsində “Turan Tovuz”un 7 nömrəli futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 3 oyunluq cəzalandırılıb. “Turan Tovuz” isə 3000 manat cərimələnib. Sınaq müddəti 6 ay təyin edilib.







