"Ən azı 1 xala layiq idik" - Unai Emeri
“Aston Villa”nın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 5-ci turunda “Qalatasaray”a məğlubiyyəti (0:1) şərh edib.
Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis bildirib ki, komandası 1 xala layiq idi:
“Ağır oyun oldu. Fəxr edirəm ki, futbolçularım birinci hissəni necə keçirdilər, oyuna nəzarət etməyə çalışdılar, rəqibi öz azarkeşləri qarşısında dayandırmağı bacardılar. Onların fanatları komandalarını irəli getməyə məcbur edirdilər. Ab-hava həqiqətən fantastik idi. Bizim azarkeşlərimiz də dəstək olurdular, onlara təşəkkür edirəm.
Fasilədən sonra ilk yarıda olduğu kimi oyuna nəzarət edə bilmirdik, lakin yaxşı müdafiə olunurduq. Bir neçə dəfə imkan verdik ki, cərimə meydançamıza daxil olub küncdən zərbə qazansınlar və sonda qol vurdular.
Düşünürəm ki, ən azı 1 xala layiq idik. Çempionlar Liqasının səviyyəsi belədir, xüsusən də belə fantastik atmosferdə “Qalatasaray” kimi komandaya qarşı oynayırsansa. Biz daha da təcrübə toplayıb növbəti oyunlarda daha yaxşı olmalıyıq”.







