127 ölkə arasında 21-ci
Cənubi Koreyanın Çunçon şəhərində keçirilən yeniyetmə taekvondoçular arasında dünya çempionatı başa çatıb.
Msport.az xəbər verir ki, 127 ölkədən 963 idmançının qatıldığı yarışda 20 dəst medalın sahibi müəyyənləşib.
Azərbaycan millisi mundialı 2 mükafatla başa vurub. Hər iki medalın əyarı bürünc olub. Vasif Səlimov 63 kq, Hüseyn Xudiyev 73 kq çəkidə 3-cü yeri tutub.
Çempionata qatılan 127 ölkədən yalnız 30-u mükafatçılar sırasında təmsil olunub. Azərbaycan 2 bürünclə 21-ci yerə şərik olub. Kanada, Hindistan və İtaliya da eyni sayda üçüncülük əldə edib.
Qeyd edək ki, medal siyahısında 1-ci yeri 7 qızıl, 2 gümüş və 2 bürüncə sahib çıxan İran tutub.