featured-image-77377

Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Avropa Güləş İttifaqı tərəfindən ən yaxşı məşqçi seçilib.

Msport.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

O, sərbəst güləş üzrə 2025-ci ilin ən yaxşı məşqçisi kimi xüsusi mükafatla təltif edilib.

Qeyd edək ki, Azərbaycan seçməsi onun rəhbərliyi altında ötən il Avropa çempionu olub və dünya çempionatında 4-cü yeri tutub.

Bənzər xəbərlər