150-ci darmadağın - “Neftçi”dən
Azərbaycan Premyer Liqasının 2026/27 mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb.
Msport.az xəbər verir ki, II turun “Neftçi” – “Araz-Naxçıvan” görüşündə meydan sahibləri 5:0 hesabı ilə qalib gəlib.
Bu, paytaxt təmsilçisinin ölkə çempionatının yüksək dəstəsində 150-ci böyükhesablı qələbəsi olub. “Ağ-qaralar” 98 dəfə evdə, 52 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qələbə qazanıb.
Qeyd edək ki, “Neftçi” ilk belə qələbəsini Şamaxının “Şirvan” klubu üzərində qazanıb. 1992-ci il mövsümündəki qarşılaşma 8:1 hesabı ilə başa çatıb.







