featured-image-72605

“Bavariya”nın yarımmüdafiəçisi Lennart Karl Çempionlar Liqasında rekorda imza atıb.

Msport.az xəbər verir ki, almaniyalı oyunçu turnirdə ardıcıl üç matçda qol vuran ən gənc futbolçu olub.

“Sportinq”lə görüşdə (3:1) rəqib qapsına yol tapan 17 yaşlı futbolçu “Brugge” və  “Arsenal”la oyunların da hərəsində 1 qol vuraraq 1992/93 mövsümündən bəri bu nailiyyətə imza atan ən gənc futbolçu olub. Karl üçüncü qolunu vuranda 17 yaş 290 günlük olub.

Qeyd edək ki, Lennart Karl bu mövsüm “Bavariya”da ümumilikdə 21 oyuna 5 qol vurub, 2 qol ötürməsi edib.

Bənzər xəbərlər