Braziliya yığmasında yeni rekordçu
Qətərdəki dünya çempionatının qrup mərhələsi çərçivəsində baş tutan Kamerunla oyun Braziliya yığmasının müdafiəçisi Dani Alves üçün əlamətdar olub.
Msport.az xəbər verir ki, təcrübəli müdafiəçi milli komanda tarixində dünya çempionatında oynamış ən yaşlı futbolçuya çevrilib.
Bu mundialda daha öncə baş tutan Serbiya və İsveçrə ilə oyunlarda iştirak etməyən Alves, Kamerunla son matçda komandasını kapitan kimi meydana çıxardı. Nəticədə 39 yaş 210 günlüyündə olan müdafiəçi milli ilə mundiallarda oynayan ən yaşlı futbolçu adını qazanıb.
Hazırda klubsuz olan Dani Alves Braziliya millisində 124 oyuna çıxıb, 8 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub.