350-ci quruhesablı qələbə
Azərbaycan Premyer Liqasının X turunun “İmişli” ilə oyunu “Qarabağ” üçün yubileylə əlamətdar olub.
Msport.az xəbər verir ki, Ağdam klubu ölkə çempionatlarında 350-ci quruhesablı qələbəsini 2 cavabsız qolla qazanıb.
“Qarabağ” 202 dəfə evdə, 145 dəfə səfərdə, 3 dəfə neytral meydanda qol buraxmadan qalib gəlib. Ağdamlıların ilk belə qələbəsi 1992-ci il mayın 6-da “Şirvan”la ev matçına (6:0) təsadüf edib. “Qarabağ”ın quruhesablı qələbələrindən beşi cari mövsüm qeydə alınıb.
Qeyd edək ki, “Neftçi” 319, “Şamaxı” 186, “Kəpəz” 150, “Bakı” 147, “Turan” 145 görüşdə qol buraxmadan xal da itirməyib.







