featured-image-46316

Emin Mahmudov Azərbaycan çempionatlarında 40-cı qolunu vurub.

Msport.az xəbər verir ki, “Neftçi”nin kapitanı Misli Premyer Liqasının XXIX turunun “Sumqayıt”la ev matçında (1:1) fərqlənib.

Ölkə çempionatında yalnız “ağ-qaralar”ın heyətində çıxış edən 32 yaşlı yarımmüdafiəçi bütün qollarını Bakı klubunda vurub. O, 2017/18 mövsümündən “Neftçi”nin formasını geyinir.

Mahmudov klubun tarixində Azərbaycan çempionatlarında ən azı 40 qol vuran 5-ci futbolçudur.

Bənzər xəbərlər