“Şamaxı” müdafiəçi ilə vidalaşdı
Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb.
Msport. xəbər verir ki, Kənan Quliyev komandanı tərk edib.
23 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, “Şamaxı” növbəti mövsümün hazırlığına sabah start verəcək.