featured-image-50209

MMA və Qrapplinq Federasiyasının həbsdə olan qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədovun məhkəməsi yekunlaşıb.

Msport.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Tofiq Musayevdən başqa, idmançıların hər biri 6 ay azadlıqdan məhrum edilib. T.Musayev isə 1500 manat cərimə cəzasına məhkum edilib.

İdmançılar 28 gün sonra azadlığa buraxılacaqlar.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Səbail rayonu ərazisində yerləşən “Dəniz Mall” ticarət mərkəzində baş verib. İttihama görə, idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.

Bənzər xəbərlər