Abubakar debütündə “Neftçi”yə qələbə qazandırdı
Azərbaycan Premyer Liqasının IX turunda “Neftçi” “Qəbələ” üzərində qələbə qazanıb.
Msport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan görüş paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Neftçi”nin heyətində İfeanyi Metyu (71-ci dəqiqə) və yeni transfer, dünyaca məşhur kamerunlu hücumçu Vensan Abubakar (81-ci dəqiqə) fərqləniblər.
Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran “Neftçi” turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib. “Qəbələ” isə 5 xalla 10-cudur.







