"Abubakarla danışmağa vaxtım olmayıb" - Samir Abasov
Azərbaycan Premyer Liqasının VIII turunun “Neftçi” – “Araz-Naxçıvan” oyunundan (2:2) sonra “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, o, əvvəlcə matçı dəyərləndirib:
– Qəliz oyun keçdi. Bəzi anlarda biz, bəzi anlarda rəqib fərqlənə bilərdi. İlk qola qədər çox yaxşı oynadıq. Qoldan sonra nədənsə “oturduq”. Belə planımız yox idi. Həddindən artıq çox top itirdik, sonra da rəqib qol vurdu. İkinci hissəyə başlayanda uşaqlara bəzi tapşırıqlar vermişdik. Lakin başlayan kimi müdafiəçimizin səhvindən qol buraxdıq. Planlarımızı sona qədər davam etdirdik. Qol buraxsaq da, ruhdan düşmədik. Oyunun sonlarında dirəkdən qayıdan topumuz oldu. Əfsuslar olsun, qələbə qazana bilmədik. Bu gün kimin qazanıb, kimin itirdiyini deyə bilmərik. Həddindən artıq çox təhlil etməliyik. Üzücü məqam qərarlarımızdakı problemlər idi. Son ötürmələrdə problemlər yaşadıq. Ola bilsin, kifayət qədər birlikdə məşq edə bilməməyimizə görə belədi. Millilərinə gedən futbolçularımız çox idi.
– 1:0-dan sonra tamam fərqli oynamağınız nə ilə bağlı idi?
– Fikirləşirdik ki, 1:0-dan sonra daha da basqılı olacağıq. Lakin çox top itkilərinə yol verdik. Bunun səbəbi özümüzük. Çox epizod yarada bilərdik, amma alınmadı. İndi nəsə demək çox çətindir.
– Birinci qolda müdafiəçilər, ya qapıçı günahkardır?
– Qapıçı məşqçisi ilə danışandan sonra nəsə deyə bilərəm. Mərkəz müdafiəçilərimiz ondan əvvəl baş verən epizoda fokuslanmışdı. İş elə gətirdi ki, öyündüyümüz müdafiədə bu gün boşluqlar verdik. Düşünürəm ki, səbəb 1:0-dan sonra oynadığımız oyundadır.
– Abubakarla görüşmüsünüzmü?
– Onun gəlişi komandaya çox yaxşı təsir edəcək. Hər futbolçu yanında keyfiyyətli oyunçu görəndə ona uyğunlaşmağa çalışır. Abubakarla danışmağa vaxtımız olmayıb. Sabahdan məşqlərə qoşulacaq.
– Müdafiə xəttiniz qollarda kobud səhvlərlə yadda qaldı. Oyunçular eyforiyadadır?
– Xeyr. Mövqeyimiz o deyil ki, rahatlıq olsun. Səhvlər olur, qaçılmazdır.
– Çempionatda əsas rəqiblərinizlə oyunlarda xal itirmisiz. Bu, hədəfə çatmaqda çətinlik yaratmayacaq?
– Qələbələr qazanmaq istəyirik. Xüsusilə ev matçımızda üç xallar əldə etməliyik. Əfsuslar olsun, epizodları tamamlaya bilmirik. Son qərarlarda tələsirik. Bu gün hər an çempionatda vəziyyət dəyişə bilər. Hər il maraqlı nüanslar olur. Gündən-günə daha yaxşı olmalıyıq, xallar qazanmalıyıq.
– Nigeriyalı Metyu haqda fikirləriniz nədir?
– Metyu oyuna çox yaxşı qoşuldu. Hücumda effektivlik yaratdı. Onun top vəziyyətə çatması üçün zaman lazımdır. Fikirləşirəm ki, çox yaxşı futbolçudur və bizə faydalı olacaq.
– İdrissa Dumbiya ilə bağlı vəziyyət nə yerdədir?
– Müzakirələr gedir. Çox yaxın günlərdə yekunu biləcəyik.
– Oyunun sonlarında gənc Murad və Ağadadaşa şans verməklə risk etmədiniz?
– Oyunçunu meydana buraxırıq ki, effektiv olaq. Baxmırıq ki, gəncdir, ya yox.
– “Neftçi”yə son çempionluğu qazandıran mövsüm Keysuke Honda gəlmişdi. Bu dəfə Abubakar gəlib. Dejavu yaşamırsınız? Və ya bu transferi rəqiblər üzərində bir basqı yaratmaq kimi düşünmürsünüz?
– Belə düşünənlər də var. Abubakar rəqiblər üçün həddindən artıq motivasiya ola bilər. Xüsusilə müdafiəçilərçün. Bəzi müdafiəçilər üçün Abubakara qarşı yaxşı oynamaq onu ucalda bilər. Hücumda problemlərimiz var və bunu çözmək üçün Abubakarı gətirmişik