AFFA Fernandu Santuşa kompensasiya verib - RƏSMİ
AFFA Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsindən istefaya göndərilən Fernandu Santuşa təzminat ödəyib.
Msport.az xəbər verir ki, bunu Fransada jurnalistlərə federasiyanın baş katibi Cahangir Fərəcullayev deyib.
Qeyd edək ki, Santuş ötən ay vəzifəsini tərk edib. Onunla imzalanan müqavilə vaxtından əvvəl ləğv edilib.
Qeyri-rəsmi məlumatlara görə, AFFA portuqaliyalı mütəxəssisə 2 milyon avro kompensasiya verib.