AFFA Hakimlər Komitəsinin sədri "Turan Tovuz"u haqsız çıxardı - VİDEO
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 2-ci turunda qeydə alınan mübahisəli epizodları şərh edib.
Msport.az xəbər verir ki, o, “”Turan Tovuz – “Şamaxı” matçında mübahisəli qol epizodu ilə bağlı fikirlərini çatdırıb.
AFFA rəsmisi topun qapı xəttini keçməsini təsdiqləyən qəti və aydın video görüntü olmadığı üçün VAR müdaxiləsinə ehtiyac olmadığını bildirib. Eyni zamanda meydandakı hakimin ilkin qərarının qüvvədə saxlanılmasının doğru qərar olduğunu qeyd edib. Qeyd edək ki, matçın baş hakimi Rauf Cabarov, VAR hakimi isə Vüqar Həsənli olub.
Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:







