"AFFA ilə müqaviləm dekabr qədərdi, sonrasına baxacağıq"
Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi yığmadakı gələcəyi ilə bağlı danışıb.
Msport.az xəbər verir ki, o, “tuttomercatoweb.com” saytına açılamasında deyib:
“AVRO-2024-ün seçmə mərhələsində Belçikaya qarşı keçirəcəyimiz oyunu nəzərə alaraq işimizi davam etdiririk. AFFA ilə müqaviləm dekabr qədərdi, sonrasına baxacağıq. Görək, necə olacaq. Düzünü desəm, İtaliyaya qayıtmaq haqda düşünmürəm. Prioritet xaricdə qalmaqdır. Ola bilsin ki, milli komandada işləməyə davam edim”
Qeyd edək ki, De Byazi 2020-ci ildən Azərbaycan millisinə başçılıq edir.