Emeri İngiltərə Premyer Liqasında 200-cü oyununu keçirdi
“Aston Villa”nın baş məşqçisi Unay Emeri İngiltərə Premyer Liqasında 200-cü matçını keçirib.
Msport.az xəbər verir ki, birmingem komandasına rəhbərlik edən məşqçinin yubiley matçı X turda “Mançester Yunayted”lə heç-heçə ilə başa çatan səfər oyununa (4:4) təsadüf edib.
İspaniyalı mütəxəssis 2018–2019-cu illərdə “Arsenal”a rəhbərlik edib. O, 2022-ci ildən “Aston Villa”da fəaliyyət göstərir.
Qeyd edək ki, 54 yaşlı mütəxəssis Premyer Liqada 200 oyunluq həddi aşan 5-ci ispaniyalı baş məşqçidir. Daha əvvəl bu göstəriciyə Rafael Benites, Roberto Martines, Xosep Qvardiola və Mikel Arteta nail olublar.







