featured-image-16027

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Msport.az xəbər verir ki, toplantıda I Divizionun IX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

“Qaradağ Lökbatan” – “Zirə-2” oyununda xərək daşıyanlarla vaxtında təmin olunmadığı üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə olunur.

“Qaradağ Lökbatan” – “Zirə-2” oyununda “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Zirə-2” klubu 80 manat cərimə olunur.

“Neftçi-2” – “Kəpəz-2” oyununda təcili tibbi yardım maşını stadiona gecikdiyi üçün “Neftçi-2” klubu 160 manat cərimə olunur.

“Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Kəpəz-2” klubu 80 manat cərimə olunur.

“Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” klubunun baş məşqçisi Xaliq Mərdanov texniki zonanı tərk edib hakimin qərarına etiraz etməsinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun kənarlaşdırılır və “Kəpəz-2” klubu 80 manat cərimə olunur.

“Qarabağ-2” – “İmişli” oyununda “İmişli” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “İmişli” klubu 80 manat cərimə olunur.

“Qarabağ-2” – “İmişli” oyununda “İmişli”  klubunun 6 nömrəli futbolçusu Nicat Fərəcli oyunun 61-ci dəqiqəsində qeyri-idman hərəkəti etdiyinə görə ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, “İmişli” klubu 320 manat cərimə olunur.

MOİK – “Qəbələ-2” oyununda “Qəbələ-2” klubunun komandası iclasa gecikdiyi üçün 40 manat cərimə olunur.

“Qəbələ-2” oyununda təcili tibbi yardım maşını gecikdiyi üçün MOİK klubu 160 manat cərimə olunur.

MOİK – “Qəbələ-2” oyununda MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün MOİK klubu 80 manat cərimə olunur.

“Zaqatala” – “Şamaxı-2” oyununda polis nümayəndəsi xidməti iclasa gecikdiyi üçün “Zaqatala” klubu 40 manat cərimə olunur.

“Zaqatala” – “Şamaxı-2” oyununda təcili tibbi yardım maşını gecikdiyi üçün “Zaqatala” klubu 160 manat cərimə olunur.

“Zaqatala” – “Şamaxı-2” oyununda azarkeşlər tərəfindən stadiona kənar əşya  (plastik su qabı) atıldığı üçün “Zaqatala” klubu 160 manat cərimə olunur.

“Zaqatala” – “Şamaxı-2” oyununda “Şamaxı-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Şamaxı-2” klubu 80 manat cərimə olunur.

Bənzər xəbərlər