featured-image-67908

AFFA yeni qərarlarla bağlı paylaşım edib.

Msport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iki məsələyə baxılıb:

“AFFA İcraiyyə Komitəsinin 14 mart 2025-ci il tarixli iclasında 2025-2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilməsi ilə bağlı qərar qəbul edilmişdi. Bu qərara əsasən son 3 mövsümdə  Premyer Liqada çıxış etməmiş və son mövsümün nəticələrinə əsasən 1-ci liqadan Premyer Liqaya yüksəlmiş klublara (Karvan-Yevlax FK, İmişli FK) bir mövsümlük aşağıdaki möhlətlər tətbiq edilir:

  1. Klubların nəzdində çalışan məşqçilər üçün Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş Məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilir (UEFA C kateqoriyadan aşağı olmamaq şərti ilə)
  2. U-16, U-17, U-19 və əvəzedici komandaları liqalarda iştirak etməyə bilər”.

Bənzər xəbərlər