AFFA millinin sabiq üzvünü 2 illik futboldan uzaqlaşdırdı
AFFA İntizam Komitəsi Gənclər Liqasında çıxış edən “Səbail” komandasının məşqçisi Ramal Hüseynovu 2 il müddətinə futbolla əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edib.
Msport.az xəbər verir ki, buna 38 yaşlı mütəxəssisin stadiona giriş qadağası olmasına baxmayaraq “Qarabağ”la oyunda meydana daxil olması və hakimlər briqadasını təhqir etməsi səbəb olub.
O, daha əvvəl ROFM klubu ilə matçda hakimi təhqir etdiyi və referiyə hədə-qorxu gəldiyi üçün 15 oyunluq cəzalanmışdı.
Qeyd edək ki, Ramal Hüseynov 2001-ci ildə yığmanın formasını geyinib. O, müxtəlif vaxtlarda “Qarabağ”, “Neftçi”, “Turan”, “Kəpəz” klublarının, həmçinin Türkiyədə “Kocaelispor”un şərəfini qoruyub.