featured-image-70502

AFFA Intizam Komitəsinin növbəti iclası keçirilib. Msport.az xəbər verir ki, toplantıda Premyer Liqa və I Liqanın bəzi oyunlarında baş verən hadisələrə hüquqi qiymət verilib:

 Premyer Liqa VII tur

03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununun 90+7-ci dəqiqəsində “Zirə” klubunun 17 nömrəli futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Zirə” klubu 500 manat cərimə edilsin (maddə 17.7);

03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununda VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə “Zirə” klubu 1000 manat cərimə edilsin (maddə 68);

03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə “Neftçi” komandası 10000 manat cərimə edilsin (maddə 86.3);

03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində “Neftçi” komandasının məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Neftçi” klubu 5000 manat cərimə edilsin (maddə 51.1);

04.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Sumqayıt” – “Turan Tovuz” oyununda “Sumqayıt” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” klubu 700 manat cərimə edilsin (maddə 43.1);

05.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Qəbələ” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” klubu 700 manat cərimə edilsin (maddə 43.1);

 

I Liqa IV tur

 01.10.2025-ci il tarixində I Liqada IV turun “Şahdağ Qusar” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” klubu 210 manat cərimə edilsin (maddə 43.1);

02.10.2025-ci il tarixində I Liqada IV turun “Şəfa” – MOİK oyununda MOİK komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “MOİK klubu 210 manat cərimə edilsin (maddə 43.1);

02.10.2025-ci il tarixində I Liqada IV turun “Şəfa” – MOİK oyununun 38-ci dəqiqəsində MOİK komandasının 2 nömrəli futbolçusu Hüseyn Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, MOİK klubu 150 manat cərimə edilsin (maddə 17.7).

Bənzər xəbərlər