AFFA nümayəndəsi Avropa Liqasının oyununda
AFFA nümayəndəsi Emin Cəfərova növbəti beynəlxalq təyinat gəlib. Msport.az xəbər verir ki, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin oyununda iş başında olacaq.
Cəfərov “Boraç” (Bosniya və Herseqovina) – “Klaksvik” (Farer adaları) matçında UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Banya Luka şəhərində yerləşən “Qradski” stadionunda keçiriləcək qarşılaşma avqustun 15-də olacaq. Oyunu bolqarıstanlı baş hakim Georgi Kabakov idarə edəcək