featured-image-79750

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Msport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 7-də keçiriləcək “Elbasani” (Albaniya) – BATE (Belarus) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Bənzər xəbərlər