featured-image-84462

Futzal üzrə DÇ-2028-in əsas mərhələsinin Azərbaycan – Çexiya matçını İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Msport.az xəbər verir ki, XII qrupun qarşılaşmasında baş hakim Kiara Perona olacaq.

Ona Martina Pikkolo və Simone Zanfino kömək edəcəklər. Matçın “Timekeeper”i İmran Məhərrəmov, hakim-inspektoru niderlandlı Viktor van Helvoirt, UEFA nümayəndəsi isə belaruslu Andrey Medvedev olacaq.

Qeyd edək ki, Azərbaycan – Çexiya görüşü noyabrın 5-də, saat 16:00-da Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.

Bənzər xəbərlər