featured-image-81612

AFFA İntizam Komitəsinin bu gün iclası keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının ilk turunda baş vermiş hadisələrə hüquqi qiymət verilib.

Sumqayıt” – “Neftçi” oyununun 74-cü dəqiqəsində meydan sahiblərinin  futbolçusu Səbuhi Abdullazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyunluq cəzalanıb. Bununla yanaşı,  “Sumqayıt” klubu da 3000 manat cərimə olunub. (maddə 45.1);

16.08.2026-cı il tarixində Azərbaycan  Premyer Liqasında I turun “Sumqayıt” – “Neftçi” oyununda “Neftçi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

17.08.2026-cı il tarixində Misli Premyer Liqasında I turun “Qarabağ” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 43.1).

Bənzər xəbərlər