featured-image-18601

“Səbail”in hücumçusu Ağabala Ramazanovun Msport.az saytına müsahibəsi

– Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda evdə “Sabah”a 3:2 hesabı ilə qalib gəldiniz. Matçla bağlı nə deyə bilərsiniz?

– Oyun bizim üçün gözlədiyimizdən də yaxşı keçdi. Layiqli qələbə qazandıq.

– Bu qələbə sizin üçün nə dərəcədə önəmli idi?

– Bizim üçün hər qələbə vacibdir. Nəzərə alaq ki, kubok görüşləri 2 oyundan ibarətdir. Bu nəticə ilə səfərə psixoloji cəhətdən daha yaxşı səviyyədə yollanacağıq.

– Hesab 3:0 olduqdan sonra azlıqda qalan rəqibdən 2 top buraxdınız. Buna nə səbəb oldu: arxayınlıq, yoxsa yorğunluq?

– Arxayınlıq deməzdim. Hesab 3:1 olanda 4-cü qolu vurmaq üçün fürsətlərimiz də oldu. Təəssüf ki, yararlana bilmədik. Rəqib isə əlinə düşən imkanlardan faydalandı.

– Cavab matçı barədə nə düşünürsünüz?

– Dünənki oyunu unudub Premyer Lliqada “Sumqayıt”a qarşı keçirəcəyimiz matça hazırlaşırıq. Kuboka gəldikdə isə, cavab qarşılaşmasına 3:0 hesablı qələbə ilə yollana bilsəydik, daha yaxşi olardı. Amma yenə də üstünlüyümüz var. Bunu qorumağa və yaxşı oyunla qələbə qazanmağa çalışacağıq.

– Sizcə, “Sabah”ı keçmək üçün “Səbail”ə nə lazımdır?

– İlk oyunundakı kimi istək ve əzmkarlıq. Mövsümdəki ən yaxşi oyunumuzu oynamalıyıq. Rəqib güclüdür. Amma bu, bizi qorxutmur. Mərhələ adlamaq üçün əlimizdən gələni etməliyik.

– Komandanız bu mövsüm niyə qeyri-stabil oynayır?

– Bəhanə gətirmək istəmirəm. İşlər istədiyimiz kimi getmədi. Ancaq düşdüyümüz bu vəziyyətdən çıxmağı bacaracağımızı düşünürəm. Fasilədən sonra daha güclü “Səbail” görəcəyimizə əminəm.

– XVII turda “Sumqayıt”ın qonağı olacaqsınız. Bu oyunla bağlı da fikirlərinizi bilmək maraqlı olardı…

– İlk dövrədə bu komandaya minimal hesabla qalib gəldik. Lakin həmin vaxtdan artıq 2 ay keçib. Hər iki komanda üçün vacib oyun olacaq. Bu matça da digərləri kimi yalnız qələbə üçün çıxacağıq.

Bənzər xəbərlər