Millimizin üzvü İtaliya klubu ilə müqaviləsini uzatdı - RƏSMİ
“Sampdoriya” Azərbaycanın U-21 milli komandasının hücumçusu Lorenzo Mezzoteronun müqaviləsinin müddətini uzadıb.
Msport.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı forvardla 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni anlaşma imzalanıb.
Qeyd edək ki, Lorenzo Mezzotero 2024-cü ilin yayından “Sampdoriya”da çıxış edir. O, cari mövsümdə B Seriyası təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol vurub. Ayxan Abbasov Mezzoteronu Azərbaycanın əsas milli komandasına dəvət etmişdi. O. zədəli olduğu üçün yığmanın toplanışına qatıla bilməyib.







