Harri Keyn bu il meydana çıxa bilməyəcək
“Bavariya”nın hücumçusu Harri Keyn ili başa vurmalı olub.
Msport.az xəbər verir ki, İngiltərə millisinin üzvü Bundesliqanın “Köln”lə 1:1 hesablı heç-heçə etdikləri matçın ilk hissəsində zədələnib. O, təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacaq.
Münhen klubunun baş məşqçisi Vensan Kompani Keynin bir neçə ay komandasına kömək edə bilməyəcəyini təsdiqləyib.







