"Turan Tovuz" Şamaxı səfərində, "Qəbələ" "Şəfa"ya qarşı
Azərbaycan Premyer Liqasında 12-ci tur davam edir.
Msport.az xəbər verir ki, “Şamaxı” öz meydanında “Turan Tovuz”u qəbul edəcək. “Sabah”, “Qarabağ” kimi güclü rəqibləri məğlub etmiş Tovuz klubu bu oyunun favoriti hesab olunur.
Günün digər oyununda “Şəfa” isə Sumqayıtda “Qəbələ”ni qəbul edəcək.
21 noyabr (şənbə)
14:30. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov, Nicat İsmayıllı (VAR), Gülnurə Əkbərzadə (AVAR)
Şamaxı şəhər stadionu
17:00. “Şəfa” – “Qəbələ”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu, İnqilab Məmmədov (VAR), Cəmil Quliyev (AVAR)
“SOCAR Polymer Arena”
22 noyabr (bazar)
14:30. “Araz-Naxçıvan” – “Neftçi”
17:00. “Kəpəz” – “Qarabağ”
20 noyabr (cümə)
“Sumqayıt” – “Sabah” – 1:5
“İmişli” – “Zirə” – 2:2







