featured-image-46419

Əvəzedicilər Liqasının 29-cu turunun “Neftçi-2” – “Sumqayıt-2” oyununda meydan sahiblərinin hücumçusu Ağadadaş Salyanskiyə göstərilən qırmızı vərəqənin səbəbi məlum olub.

Msport.az xəbər verir ki, AFFA İntizam Komitəsi (İK) 19 yaşlı futbolçunu 4 oyun cəzalandırırb. İK-nin açıqlamasında deyilir ki, oyunun 90+5-ci dəqiqəsində “Neftçi-2″nin oyunçusu Ağadadaş Salyanski qeyri- etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) birbaşa qırmızı vərəqə alıb.

Əldə etdiyimiz məlumata görə, Salyanski “Sumqayıt”ın əvəzedicilərinin baş məşqçisi Vaqif Cavadovla mübahisə edib və ona biədəb yerini göstərib, buna görə də görüşün baş hakimi İslam Məmmədov onu meydandan qovub. Qeyd edək ki, matç “Sumqayıt-2”-nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər xəbərlər