Almaniya millisində ciddi itki
Almaniya millisinin müdafiəçisi Niko Şlotterbek komandanın məşqində zədələnib.
Msport.az xəbər verir ki, bu səbəbdən müdafiəçi yığmanın düşərgəsini tərk edib.
O, Millətlər Liqasında Serbiya və Yunanıstanla oyunları buraxmalı olacaq.
İlkin müayinəyə gorə, futbolçunun əməliyyat olunmasına gərək yoxdur.
Qeyd edək ki Şlotterbek yayda dünya çempionatında da zədə almışdı.







