featured-image-84897

Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

Msport.az xəbər verir ki, FİFA referisi noyabrın 16-da Qazaxıstan – Slovakiya matçının baş hakimi olacaq. Zeynal Zeynalov və Akif Əmirəli baş hakimin köməkçiləri, İnqilab Məmmədov isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər.

Nicat İsmayıllı VAR hakiminin köməkçisi, avstriyalı Alan Kiyas isə VAR hakimi olacaq.

Qeyd edək ki, Qazaxıstan – Slovakiya oyunu  “Astana Arena”da Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Bənzər xəbərlər