Almanlar Mahirlə yenidən görüşmək istəyir - SƏBƏB
Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının futbolçusu Mahir Emrelinin Almaniyanın “Nürnberq” klubu ilə hələ də müqavilə imzalamamasının səbəbi bəlli olub.
Msport.az xəbər verir ki, II Bundesliqa təmsilçisinin məşqçilər korpusu 27 yaşlı hücumçu ilə bağlı analizləri davam etdirirlər.
Tərəflər arasında artıq bir dəfə görüş olub. “Nürnberq” klubunun nümayəndələri təcrübəli forvardla yenidən görüşmək istəyirlər.
Baş məşqçi Miroslav Kloze də bu keçidin reallaşmasında maraqlıdır. M.Emrelinin fərdi keyfiyyətlərinə bələd olan mütəxəssis onu sərəncamında görmək arzusundadır. Məsələyə bu həftənin sonuna kimi tam aydınlıq gələcək.
Qeyd edək ki, Mahir Emrelinin Zaqreb “Dinamo”su ilə 2026-cı ilin yayınadək müqaviləsi var.