featured-image-45008

Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Msport.az xəbər verir ki, mütəxəssis optimist olduqlarını bildirib: “Asan olmayacaq. “Yaxşı istirahət etmişik. Azarkeşlərimizin qarşısında istədiyimiz oyunu göstərmək niyyətindəyik. Əlimizdən gələni edəcəyik”.

Alonso XXV turunda “Volfsburq”u 2:0 hesabı ilə məğlub etdikləri Bundesliqa matçındakı kimi oynamayacaqlarını sözlərinə əlavə edib: “Mart, aprel və mayda bizi sıx qrafiq gözləyir. Üç turnirdə mübarizə aparacağıq. Düşünürük ki, heyətimiz yaxşıdır və bütün oyunçularımız hazırdır”.

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Bənzər xəbərlər