featured-image-33819

Tanınmış futbolçu Amit Quluzadə artıq özünü yeni vəzifədə sınayacaq.

Msport.az xəbər verir ki, karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Sumqayıt”, “Səbail” kimi klublarda çıxış etmiş Quluzadə yeni mövsümdən II liqada yarışacaq “Füzuli”nin idman direktoru təyin olunub.

O, Türkiyə, Portuqaliya, Yunanıstan, Kosovo, Bosniya və Herseqovina, Moldova və Avstriyanın müxtəlif klublarında da forma geyinib.

Komandanın qurucularından olan Vasif İsmayılov yeni mövsümdən baş məşqçi funksiyası ilə yanaşı, klubun icraçı direktoru da vəzifəsini də icra edəcək.

Bənzər xəbərlər