featured-image-46465

“İstənilən Rusiya Premyer Liqası (RPL) klubu ilə asanlıqla oynaya bilərik”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov “İzvestiya” nəşrinə müsahibəsində deyib.

32 yaşlı qolkiper Ağdam təmsilçisinin Rusiyada ölkənin ən yaxşı komandaları ilə rəqabət apara biləcəyini söyləyib: “Qarabağ” RPL-də nə dərəcədə rəqabətədavamlı olar? Uzaqdan müqayisə etmək çətindir. Amma bu mövsüm ən yaxşı oyunlarımızı, Avropa Liqasındakı pley-off matçlarını götürsək, düşünürəm ki, Rusiyada istənilən klubla asanlıqla oynaya bilərik. Başqa sual nəticənin nə olacağıdır. Amma mütləq üst pillələr üçün mübarizə aparardıq. Oynadığımız futbola baxsanız, bunu bacara biləcəyimizi anlayacaqsınız”.

Qeyd edək ki, “Qarabağ”da ilk mövsümünü keçirən Lunyov komanda ilə Azərbaycan çempionu olub.

Bənzər xəbərlər