featured-image-45159

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinin qarşıdakı yoldaşlıq görüşlərindən birində çərçivəni qoruyacaq.

Msport.az xəbər verir ki, bu barədə yığmanın qapıçı məşqçisi Vitali Kafanov yerli mətbuata açıqlama verib.

O bildirib ki, heyətdə 4 qapıçı var və hamısına şans vermək fikrindədilər. Bu səbəbdən Serbiya və Paraqvayla yoxlama görüşlərində fərqli qapıçılar meydana çıxacaq. Digər iki qolkiperin isə həmin matçların ikinci hissəsində iştirakı gözlənilir.

Qeyd edək ki, Rusiya yığması martın 21-də Serbiya, 25-də Paraqvayla qarşılaşacaq.

Bənzər xəbərlər