Andrey Sinenkonun yeni klubu məlum oldu
“İmişli”dən ayrılan Andrey Sinenko özünə yeni komanda tapıb.
Msport.az xəbər verir ki, 29 yaşlı qapıçı 3 illik fasilədən sonra ölkəsi Belarusa qayıdıb.
Bu müddət ərzində Azərbaycanda “İrəvan” və “İmişli” klublarının formasını geyinmiş futbolçu Mogilyov “Dnepr”i ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Andrey Sinenko daha əvvəl ölkəsində “Energetik-BQU”, “Smorqon” və “Lida” klublarında çıxış edib.







